Pullu komandalara təklif - 40 milyon ver, onu al!

13 İyun 2021 18:40 İtaliya 1 096
Pullu komandalara təklif - 40 milyon ver, onu al!

"Yuventus" futbolçusu Merih Demiralın yeni transfer qiymətini müəyyənləşdirib.

Sportinfo.az xəbər verir ki, bu barədə məşhur jurnalist Nikolo Şkira məlumat yayıb.

Turin təmsilçisi Demiral üçün qarşı tərəfdən 40 milyon avro tələb edəcək. Həmçinin futbolçunun bu yay klubdan ayrılacağı bildirilib. Türkiyə millisinin üzvünün "Tottenhem"ə və ya "Everton"a keçəcəyi gözlənilir.

Onun A seriyası klubu ilə hazırkı sözləşməsi isə 2024-cü ilin yayına qədərdir. Demiral "Yuventus"a 2014-cü ildə "Sassuolo"dan keçib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
22 İyul 21:30 Çək və bizə göndər!