Mançini 3:0-ın sirrini açdı: "Türkiyə ilə aramızdakı fərq bu idi"

12 İyun 2021 01:38 İtaliya 1 084
Mançini 3:0-ın sirrini açdı: "Türkiyə ilə aramızdakı fərq bu idi"

Avro-2020-nin açılış matçında Türkiyəyə qalib gələn (3:0) İtaliya millisinin baş məşqçisi Roberto Mançini bu görüş haqqında fikirlərini bölüşüb.

Sportinfo.az xəbər verir ki, mütəxəssis deyib:

"Bu oyun elə də asan olmadı. Qrupda həqiqətən də bir bərabərlik olacaq. Yaxşı bir komandaya qarşı çıxış etdik. Bundan sonrakı matçlar daha da çətin olacaq.

İsveçrə. Türkiyə və Uels milliləri yaxşı komandalardır. Bu gün Türkiyə yığmasının futbolçularına seçim şansı vermədik və boş mövqe yaratmadıq. Aramızdakı fərq bu idi.

Belə matçlarda hər şeyə ehtiyacınız olur. Tribunalardakı azarkeşlərimizin dəstəyi bizə kömək etdi. Xoşbəxtik. Düşünürəm ki, komanda həqiqətən də yaxşı oynadı.

Əsas rolu topu sürətlə hərəkət etdirməyimiz, ötürməni almaq üçün futbolçularımızın düzgün mövqedə olması oynandı. Yarışa yaxşı başlamağımız vacib idi.

Azarkeşlərimiz və bütün italiyalıları sevindirdiyimiz üçün xoşbəxtik. Bu axşam çox gözəl keçdi və ümid edirik ki, növbəti matçlarda daha çox şey edə bilərik.

Bu hələ son deyil. Qarşıda altı oyun var".

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"