"Bizə zərər verə biləcək təhlükəli cəhətləri var"

11 İyun 2021 20:00 İtaliya 399
"Bizə zərər verə biləcək təhlükəli cəhətləri var"

“Bura böyük coşğu ilə gəlmişik. Türkiyə ilə oyun asan olmayacaq. Hamımız bir-birimizi tanıyırıq. Çətin olacaq, ancaq qalib gəlməyə hazırıq".

Sportinfo.az xəbər verir ki, bu sözləri İtaliya millisinin kapitanı Corcio Kyellini UEFA-nın saytına açıqlamasında deyib.

"Avro-2020"nin açılış matçında bu gün Türkiyə ilə qarşılaşacaqları görüş haqda danışan 37 yaşlı müdafiəçi rəqibin güclü olduğunu bildirib:

"Türkiyə millisi çox güclüdür. Heyətlərindəki bir neçə oyunçunu A seriyasından tanıyırıq. Bizə zərər verə biləcək təhlükəli cəhətləri var. Meydana xüsusi motivasiya ilə çıxa və yaxşı performans sərgiləyə bilirlər”.

Bu gün Romada keçiriləcək İtaliya – Türkiyə matçı Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.

Digər Xəbərlər
Xəbər Lenti