“Mən altı il əvvəlki adam deyiləm“ – Köhnə iş yerinə iddialı qayıtdı

6 İyun 2021 00:28 İtaliya 902
“Mən altı il əvvəlki adam deyiləm“ – Köhnə iş yerinə iddialı qayıtdı

“Real”ın yeni baş məşqçisi Karlo Ançelottinin mətbuat konfransı keçirilib.

Sportinfo.az xəbər verir ki, italyan mütəxəssis media nümayəndələri ilə görüşdə bunları deyib:

“Altı il əvvəlki Ançelotti deyiləm. Geridə qalan illər ərzində müsbət və mənfi təcrübələrim oldu. “Everton”da özümü yaxşı hiss edirdim. Bəzən pis təcrübələr də inkişaf etməyə kömək olur.

“Real”ın yaxşı heyəti var. Toni Kroos, Kərim Benzema, Luka Modriç kimi futbolçularla əvvəl də işləmişəm. Klubun heyətində yüksək keyfiyyəti olan oyunçular var.

Ehtiyat oyunçular skamyasında say çoxdur, onu azaltmalıyıq. Yaxın zamanda nələr edəcəyimizə qərar verəcəyik”.

Ançelotti “Real”la üç illik müqavilə imzalayıb.

Digər Xəbərlər
Xəbər Lenti