“Barselona”nın baş məşqçisi Ronald Kuman yeni mövsümdə də komandanı çalışdıra bilər.
Sportinfo.az xəbər verir ki, niderlandlı mütəxəssis məvacibinin azaldılmasına razı olsa, “Barselona”da qalacaq.
Kumanın məvacibi azaldılsa, yeni mövsümdə qələbələrə görə alacağı mükafatın məbləği artırılacaq.
Kumanın “Barselona” ilə müqaviləsi 2022-ci ilin yayına qədərdir.

