Luçano Spaletti "Napoli"yə baş məşqçi təyin olunub.
Sportinfo.az xəbər verir ki, 62 yaşlı mütəxəssis yeni işinə iyulun 1-də başlayacaq.
Onun təyinatı barədə qərarı şəxsən klub prezidenti Aurelio De Laurentis qəbul edib. Spagetti komandanı Çempionlar Liqasına çıxara bilməyən Cennaro Qattuzonu əvəzləyib. Qattuzo mövsüm bitdikdən sonra "Napoli"dən ayrılaraq, "Fiorentina"ya gedib.
Luçano Spalettinin son iş yeri 2017 - 2019-cu illərdə çalışdığı "İnter" komandası olub. O, əvvəllər "Roma", "Udineze", "Ankona", "Venesiya", "Sampdoriya", "Empoli" və Rusiya "Zenit"inin baş məşqçisi olub.

