Millimizlə oyuna baş məşqçi istəyirlər - 1,5 milyon avroya dəymir!

03:00 İtaliya 1 157
Millimizlə oyuna baş məşqçi istəyirlər -  1,5 milyon avroya dəymir!

Azərbaycan millisinin DÇ-2026-nın seçmə mərhələsindəki rəqiblərindən olan Ukrayna yığmasında baş məşqçi Sergey Rebrovla bağlı narazılıqlar davam edir.

Sportinfo.az xəbər verir ki, indi də 51 yaşlı mütəxəssisin maaşı ölkəsində müzakirə mövzusuna çevrilib.

Araşdırmaya görə, Rebrovun millidə illik məvacibi 1,5 milyon avrodur.

Maraqlıdır ki, bu məbləğin yalnız 360 min avrosunu Ukrayna Futbol Assosiasiyası ödəyir. Qalan məbləğ sponsorlar tərəfindən qarşılanır.

Yerli futbol ictimaiyyəti və azarkeşlər Rebrovun maaşının olduqca yüksək olduğunu, onun buna layiq fəaliyyət göstərmədiyini düşünür. Bu səbəbdən əksəriyyət assosiasiyanı bununla bağlı radikal qərara dəvət edir.

Mütəxəssislər vaxt itirmədən Rebrovun istefaya göndərilməsini və DÇ-2026-nın seçmə mərhələsinə komandanın yeni baş məşqçinin rəhbərliyi altında hazırlaşmasını tələb edir.

D qrupunda yer alan Ukrayna yığması ilk oyunlarını sentyabrın 5-də evdə Fransaya, 9-da isə səfərdə Azərbaycana qarşı keçirəcək.

Digər Xəbərlər
Xəbər Lenti