Ronaldonun “Yuventus”da gələcəyi 2 nəfərdən asılıdır

26 May 2021 12:00 İtaliya 1 710
Ronaldonun “Yuventus”da gələcəyi 2 nəfərdən asılıdır

"Yuventus"un hücumçusu Kriştiano Ronaldonun klubdakı gələcəyi qeyri-müəyyən olaraq qalır.

Sportinfo.az xəbər verir ki, bu barədə "Sky Sports" yazıb.

Bildirilib ki, portuqaliyalı hücumçu Turin təmsilçisi ilə danışıqlar aparacaq və rəhbərliklə gələcək planlarını müzakirə edəcək.

Ronaldonun qərarı baş məşqçi Andrea Pirlo və idman direktoru Fabio Paratiçinin klubda qalıb-qalmamasından asılıdır. Onlar "Yuventus"dan getsələr, 36 yaşlı futbolçunun klubdan ayrılmaq ehtimalı daha yüksək olacaq.

Ronaldonun hazırkı müqaviləsi 2022-ci ilin yayında başa çatır.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti