“Özümü yeni mövsümdə də “Yuventus”un baş məşqçisi kimi görürəm” – Pirlo

25 May 2021 00:28 İtaliya 1 171
“Özümü yeni mövsümdə də “Yuventus”un baş məşqçisi kimi görürəm” – Pirlo

“Yuventus”un baş məşqçisi Andrea Pirlo açıqlama verib.

Sportinfo.az xəbər verir ki, Pirlo, yeni mövsümdə də “Yuventus”u çalışdıracağını düşündüyünü deyib:

“Yuventus”la ölkə kubokunu qazanmaq və Çempionlar Liqasında iştirak hüququ əldə etmək mənim üçün vacib idi. Hər zaman işimə bütün gücümü vermişəm və bu da nəticəsidir.

Özümü yeni mövsümdə də “Yuventus”un baş məşqçisi kimi görürəm. Komanda gələn mövsüm daha güclü olacaq.

Bəzi futbolçular potensiallarının fərqində deyillər. Bir-birimizə kömək edərək, doğru yolda irəliləyəcəyik”.

“Yuventus” bu il İtaliya kubokunu qazanıb. Komanda A Seriyasını 4-cü sırada bitirib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti