ÇL-ə vəsiqə qazana bilmədi, baş məşqçisi ilə vidalaşdı

24 May 2021 12:20 İtaliya 928
ÇL-ə vəsiqə qazana bilmədi, baş məşqçisi ilə vidalaşdı

"Napoli" baş məşqçisi Cennaro Qattuzo ilə yollarını ayırıb.

Sportinfo.az xəbər verir ki, bu barədə klub prezidenti Aurelio De Laurentis özünün tvitter səhifəsində yazıb.

Funksioner xidmətlərinə görə 43 yaşlı mütəxəssisə təşəkkürünü bildirib: "Hörmətli Reno, demək olar ki, iki mövsümü sizinlə keçirdiyim üçün xoşbəxtəm.

Xidmətlərinizə görə sizə təşəkkür edirəm və hara getməyinizdən asılı olmayaraq, uğurlar arzulayıram. Həyat yoldaşınızı və uşaqlarınızı qucaqlayıram".

2019-cu ilin dekabrından "Napoli"yə başçılıq edən Qattuzo bu komanda ilə ölkə kubokunun sahibi olub. Neapol təmsilçisi 2020/2021 mövsümünü 5-ci pillədə başa vurduğu üçün Çempionlar Liqasına vəsiqə qazana bilməyib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti