“Yuventus” İtaliya Kubokunun qalibi oldu - VİDEO

20 May 2021 10:00 İtaliya 1 722
“Yuventus” İtaliya Kubokunun qalibi oldu - VİDEO

İtaliya Kubokunun final matçında “Yuventus” “Atalanta” ilə qarşılaşıb.

Sportinfo.az xəbər verir ki, qarşılaşma “Yuventus”un 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Oyunda hesab 31-ci dəqiqədə açılıb – Deyan Kuluşevski fərqlənib. Lakin 10 dəqiqə sonra Ruslan Malinovski “Atalanta”nın bərabərlik qolunu vurub.

Matçın 73-cü dəqiqəsində Federiko Kyeza “Yuventus”un qələbə qoluna imza atıb. Bununla da Turin təmsilçisi İtaliya Kubokunun qalibi olub.

“Yuventus” 1938, 1942, 1959, 1960, 1965, 1979, 1983, 1990, 1995, 2015, 2016, 2017, 2018-ci illərdə də İtaliya Kubokunun qalibi olub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti