Ronaldonun meneceri transfer açıqlaması verdi

15 May 2021 00:14 İtaliya 6 036
Ronaldonun meneceri transfer açıqlaması verdi

“Yuventus”un futbolçusu Kriştiano Ronaldonun meneceri Xorxe Mendeş oyunçunun “Sportinq”ə transfer olunacağı ilə bağlı məlumatlara münasibət bildirib.

Sportinfo.az xəbər verir ki, o, belə məlumatların əsassız olduğunu deyib:

“Ronaldo, açıq şəkildə nümayiş etdirdiyi kimi “Sportinq”in qazandığı titulla qürur duyur. Ancaq hazırda onun karyera planları Portuqaliya ilə əlaqəli deyil”.

“Sportinq” cari mövsümdə Portuqaliya çempionluğunu rəsmiləşdirib. Ronaldo isə 2002/03-cü illərdə bu komandada çıxış edib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti