Klub prezidentinin futbolçulardan xahişi: “İki aylıq maaşınızdan imtina edin”

12 May 2021 00:28 İtaliya 1 331
Klub prezidentinin futbolçulardan xahişi: “İki aylıq maaşınızdan imtina edin”

İtaliyanın vaxtından əvvəl çempionu olan “İnter” ciddi maliyyə böhranı ilə üzləşib.

Sportinfo.az xəbər verir ki, klubun çinli sahibi Can Kanyan futbolçularla görüşərək, onlardan iki aylıq maaşlarından imtina etməyi xahiş edib.

29 yaşlı klub prezidenti hesab edir ki, bu cür addım klubu çətin maliyyə situasiyasından çıxarmağa kömək edəcək. Hər bir futbolçu isə bu məsələdə qərar verməkdə müstəqildir.

Sözügedən görüşdə “İnter”in baş məşqçisi Antonio Konte iştirak etməyib. Ona görə də onun maaşının aşağı endirilib-endirilməyəcəyi bəlli deyil.

Digər Xəbərlər
Xəbər Lenti