Hakan daha bir Premyer Liqa klubunun hədəfində

10 May 2021 00:28 İtaliya 649
Hakan daha bir Premyer Liqa klubunun hədəfində

"Milan"ın futbolçusu Hakan Çalhanoğlunu daha bir İngiltərə klubu heyətinə qatmaq istəyir.

Sportinfo.az xəbər verir ki, 27 yaşlı yarımmüdafiəçini "Liverpul" almaq niyyətindədir.

"Mersisaydlılar" türkiyəli oyunçunu mövsümün sonunda İtaliya təmsilçisi ilə müqaviləsi başa çatdıqdan sonra azad agent kimi əldə etməyi planlaşdırır.

Daha əvvəl "Arsenal"ın da Çalhanoğlunu transfer etməyə çalışacağı bildirilib.

"Liverpul"da türkiyəli oyunçulardan Ozan Kabak da çıxış edir.

Digər Xəbərlər
Xəbər Lenti