“Yuventus” onunla yeni müqavilə imzalayacaq

24 Aprel 2021 21:40 İtaliya 495
“Yuventus” onunla yeni müqavilə imzalayacaq

"Yuventus” Xuan Kuadrado ilə yeni müqavilə imzalamağa hazırlaşır.

Sportinfo.az xəbər verir ki, kolumbiyalı yarımmüdafiəçi ilə artıq razılıq əldə olunub.

Bu barədə İtaliya mətbuatı məlumat yayıb. Kuadrado ilə imzalanacaq yeni müqavilənin müddəti 2023-cü ilin yayına qədər olacaq.

32 yaşlı futbolçu bu mövsüm “Yuventus”la 33 oyunda 15 məhsuldar ötürmə ilə yadda qalıb.

2010-cu ildən “Yuventus”da çıxış edən Kuadradonun klubla hazırkı müqaviləsi 2022-ci ilin yayına qədərdir.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!