İtaliyalı məşhur azərbaycanlı hücumçunu sərəncamında görmək istədi

27 İyul 2024 03:10 Bizimkilər 2 483
İtaliyalı məşhur azərbaycanlı hücumçunu sərəncamında görmək istədi

“Hayduk"un Azərbaycan millisinin və “Qrassopper”in forvardı Renat Dadaşovu transfer etmək istəməsi ilə bağlı xəbər vermişdik.

Sportinfo.az xəbər verir ki, sportal.az-a verilən məlumata görə, Split təmsilçisinin baş məşqçisi Cennaro Qattuzo da Dadaşovu sərəncamında görmək istəyib.

Lakin tərəflər arasında ilkin danışıqlar müsbət yekunlaşmayıb. Belə ki, "Hayduk"un təklifi "Qrasshopper"i razı salmayıb.

Ona görə də tərəflər arasında danışıqlarda hələ ki, pauza yaranıb. "Hayduk"un Dadaşov üçün İsveçrə təmsilçisinə ikinci dəfə müraciət edib-etməyəcəyi hələ ki, bəlli deyil.

25 yaşlı forvardın "Qrasshopper"lə müqaviləsi 2025-ci il iyunun 30-na qədərdir. O, “Eştoril”, “Vulverhempton”, “Pakoş de Ferreyra”, “Tondela”, “Hatayspor” klublarında oynayıb.

Digər Xəbərlər
Xəbər Lenti