"Vilyarreal"ın daha bir ulduzu "Qarabağ"a qarşı oynamayacaq

5 Dekabr 2020 15:00 İspaniya 778
"Vilyarreal"ın daha bir ulduzu "Qarabağ"a qarşı oynamayacaq

"Vilyarreal" "Qarabağ"la keçirəcəyi Avropa Liqasının VI tur matçına 2 itki ilə çıxacaq.

Sportinfo.az xəbər verir ki, hücumçu Karlos Bakka ilə yanaşı, yarımmüdafiəçi Moi Qomes də zədə səbəbindən oynaya bilməyəcək.

Hər iki futbolçu La Liqanın XI turunun "Real Sosyedad"la görüşündə zədələnib.

Dekabrın 10-da keçiriləcək "Vilyarreal" - "Qarabağ" qarşılaşması Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

Digər Xəbərlər
Xəbər Lenti
31 Oktyabr 18:10 Çək və bizə göndər!
31 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM