Realı çalışdırmaq istəyirsiz? – Fikrini öyrəndilər

5 Dekabr 2020 15:20 İspaniya 835
Realı çalışdırmaq istəyirsiz? – Fikrini öyrəndilər

“Real”da baş məşqçi Zinəddin Zidan istefaya göndərilsə, onun yerinə gələcək mütəxəssisin adı bəlli olub.

Sportinfo.az xəbər verir ki, bu, Maurisio Poçettinodur.

“Real”ın nümayəndələri artıq 48 yaşlı mütəxəssislə əlaqə saxlayıb, onun bu iş üçün hazır olub-olmadığını öyrəniblər. Madrid klubunun Poçettino ilə danışıqlara başladığı bildirilib.

“Real” Çempionlar Liqasında pley-off mərhələsinə yüksələ bilməsə, baş məşqçi Zinəddin Zidan istefaya göndəriləcək.

Poçettino son olaraq “Tottenhem”i çalışdırıb. Argentinalı mütəxəssis ötən ilin noyabrından işsizdir.

Digər Xəbərlər
Xəbər Lenti
31 Oktyabr 18:10 Çək və bizə göndər!
31 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM