Kolumbiyalı ulduz daha "Qarabağ"ı narahat etməyəcək

5 Dekabr 2020 11:00 İspaniya 764
Kolumbiyalı ulduz daha "Qarabağ"ı narahat etməyəcək

İspaniya La Liqasının XI turunun "Real Sosyedad"la oyununda zədələnmiş "Vilyarreal"ın ulduzuu Karlos Bakkanın durumuna aydınlıq gəlib.

Sportinfo.az xəbər verir ki, kolumbiyalı hücumçunun sol ayaq əzələsində yırtıq aşkarlanıb.

34 yaşlı forvardın bərpa müddətinin sonrakı vəziyyətdən asılı olacağı bildirilib.

İspaniya mətbuatı isə təcrübəli oyunçunun ən azı 3-4 həftə meydanlardan kənarda qalacağını yazıb. Bu isə o deməkdir ki, Bakka Avropa Liqasının qrup mərhələsinin sonuncu - VI turunda "Qarabağ"la ev oyununu da buraxmalı olacaq.

Dekabrın 10-da keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti