“Real”ın baş məşqçi postuna daha 2 namizəd

4 Dekabr 2020 11:59 İspaniya 572
“Real”ın baş məşqçi postuna daha 2 namizəd

“Real”da baş məşqçi Zinəddin Zidanı əvəzləmək üçün daha bir namizəd müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, “kral klubu” keçmiş futbolçusu Raul Qonsalesi baş məşqçi postuna gətirmək niyyətindədir.

Hazırkı baş məşqçi Zinəddin Zidanın fəaliyyətindən razı olmayan Madrid klubu namizədləri müzakirə edir. Klubun müzakirə etdiyi əsas namizədlərindən biri də hazırda “Real”n əvəzedici komandasını çalışdıran Rauldur.

Digər namizəd isə son olaraq “Tottenhem”i çalışdıran Maurisio Poçettinodur. Zidanın klubla müqaviləsi 2022-ci ilin yayınadək nəzərdə tutulub.

Digər Xəbərlər
Xəbər Lenti