"Barselona" yeni müqavilə təklif etdi - Öz hücumçusuna

4 Dekabr 2020 01:30 İspaniya 371
"Barselona" yeni müqavilə təklif etdi - Öz hücumçusuna

"Barselona" Usman Dembeleyə yeni müqavilə təklif edib.

Sportinfo.az xəbər verir ki, Kataloniya təmsilçisi heyətlə bağlı problemləri nəzərə alaraq 23 yaşlı fransalı hücumçunu saxlamaq qərarına gəlib.

Dembele "Barselona"ya 2017-ci ildə 105 milyon avro qarşılığında Almaniyanın "Borussiya" (Dortmund) klubundan keçib. O, bu mövsüm 7 oyuna çıxıb və 1 qol vurub. Dembelenin müqaviləsi 2022-ci ilin yayında başa çatır.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!