Qurban Qurbanovu narahat edən(lər) - Nə birdir, nə iki, nə də üç...

28 Avqust 2023 23:40 İspaniya 1 111
Qurban Qurbanovu narahat edən(lər) - Nə birdir, nə iki, nə də üç...

Dörd oyun, iki qələbə, bir məğlubiyyət, bir heç-heçə - bu, Premyer Liqada orta sıralardan birini tutmaq istəyən komandaya aid göstəricilər deyil.

Birbaşa deyək ki, söhbət «Qarabağ»dan gedir.

O «Qarabağ»dan ki, çempionluqdan başqa məqsədi yoxdur və başqa əyarlı medallar normal sayılmır.

İlk turda «Zirə»dən sürpriz yenilgi alan «Qarabağ» növbəti həftədə «Turan Tovuz»u üstələməyə çətinlik çəkmədi. «Araz-Naxçıvan»ı yalnız son dəqiqələrdə Abdulla Zubirinin qoluyla xalsız yola sala bildilər.

Sloveniyadan yorğun dönüşü nəzərə alan Qurban Qurbanovun yenə rotasiyaya əl atacağını təxmin etmək olardı və bu, oldu.

Amma çi fayda! «Olimpiya» önündə güc itirən əsas heyət üzvlərinin əksəriyyətinə istirahət imkanı yaradan baş məşqçinin etimadını digərləri doğrulda bilmədi.

«Qarabağ» 90 dəqiq ərzində az qol epizodu yaratmadı. «Kəpəz»ə verdikləri epizodlar isə bundan da çox idi. Əsasən də ilk hissədə.

Juninyo ilə hesabı erkən açan «Qarabağ»ın arxa zonası o qədər açıq buraxdı, bir anlıq düşündüm ki, Rahil Məmmədov və Maksim Medvedev ilk dəfə peşəkar çempionatda çıxış edən cavan uşaqlardır, bığ yerləri hələ tərləməyib.

Riçard Almeydanın oyunundakı enişi də qeyd edərdim. Patrik Andradenin 1 il qabaqkı Patrik Andrade olması üçün azı bir ayın da gəlib keçməsini gözləməliyik. A

dama Diakabidən söz açmağı isə artıq sayıram. Fransalı vinger həyatdan küsmüş, özgüvəni itmiş yaradılışın quru siluetinə bənzəməkdə davam edir.

Bunca axsayan nöqtəsi olan «Qarabağ»da iki rəqabətədavamlı heyətin mövcudluğundan danışmaq yersizdir. Kim bu mövzuda söz açsa, bilin, boşboğazlıq edir.

MUSA

Digər Xəbərlər
Xəbər Lenti