“Ümid edirəm ki, Messi karyerasını burda bitirər”

29 Noyabr 2020 15:20 İspaniya 670
“Ümid edirəm ki, Messi karyerasını burda bitirər”

İspaniya La Liqasının rəhbəri Xavyer Tebas açıqlama verib.

Sportinfo.az xəbər verir ki, liqa rəhbəri “Barselona”nın ulduz futbolçusu Lionel Messi barədə danışıb:

“Messinin La Liqada olmasını istəyirəm, Joze Mourinyonu, Pep Qvardiolanı, Yurgen Kloppu və Kriştiano Ronaldonu burda görmək istədiyim kimi. Belə şəxslərin hər biri çempionatın inkişafına kömək edir. Ümid edirəm ki, dünyanın ən yaxşısı olan Messi karyerasını burda bitirər.

Antuan Qrizmann İspaniya klublarının ən böyük transferlərindən biridir. “Real” Avropanın ulduzlarından hesab olunan Kərim Benzemaya sahibdir. La Liqanı yüksəltmək üçün çox çalışmaq lazımdır”.

Digər Xəbərlər
Xəbər Lenti
13 Sentyabr 20:00 Çək və bizə göndər!
13 Sentyabr 14:50 "Sportinfo TV”də GÜNDƏM
13 Sentyabr 08:30 “Qarabağ” NİCAT tapdı
13 Sentyabr 03:20 Canın “Van”ı1:1 etdi