"Barselona"ya gələndə Messi ilə danışdım, mənə dedi ki..."

25 Noyabr 2020 12:20 İspaniya 443
"Barselona"ya gələndə Messi ilə danışdım, mənə dedi ki..."

"Barselona"nın forvardı Antuan Qrizmann komandanın kapitanı Lionel Messi ilə münasibətlərindən danışıb.

Sportinfo.az xəbər verir ki, o, argentinalı hücumçu ilə heç bir probleminin olmadığını söyləyib:

"Barselona"da heç kimlə problemim yoxdur. Yalnız əlimdən gələni etməyə diqqət edirəm. "Barselona"ya gələndə Messi ilə danışdım. Mənə dedi ki, yanımda olacaq və bunu hər gün görürəm".

Fransalı oyunçu sabiq agenti Erik Olatsın Messi haqda söylədiklərinə də münasibət bildirib: "Evləndiyim gündən onunla işləməyi dayandırdım.

Toy günümdə onu dəvət etdim, amma gəlmədiyi üçün münasibətimə son verdim. Atam və bacım mətbuata danışmır, ona görə jurnalistlər Olatsa zəng edirlər. Ancaq Messi ona hörmət etdiyimi bilir".

Erik Olats Qrizmannın "Barselona"ya yaxşı uyğunlaşmamasının səbəbkarının Messi olduğunu demişdi.

Digər Xəbərlər
Xəbər Lenti