İndi “Real”ın “radar”ındadır - “Qarabağ”ın rəqibinin müdafiəçisi

14 Oktyabr 2025 21:40 İspaniya 1 694
İndi “Real”ın “radar”ındadır - “Qarabağ”ın rəqibinin müdafiəçisi

“Qarabağ”ın Çempionlar Liqasında rəqiblərindən olan “Ayntraxt”ın müdafiəçisi Nataniel Brauna Avropanın top klubları arasında tələbat var.

Sportinfo.az “Bild”-ə istinadən xəbər verir ki, “Real”, “Arsenal” və “Mançester Siti” almaniyalı ilə müqavilə bağlamaqda maraqlıdır.

Braunun “Ayntraxt”la müqaviləsi 2030-cu ilin iyununun sonunda başa çatacaq. 22 yaşlı müdafiəçi bu mövsüm 8 oyuna çıxıb, 1 qol vurub və 2 məhsuldar ötürmə edib.

Frankfurt klubu 6 matçdan sonra Bundesliqanın turnir cədvəlində yeddinci yerdədir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti