
“Barselona”nın hücumçusu Robert Levandovskinin agenti Pini Zahavi müştərisinin klubla müqaviləsi haqda danışıb.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, o, polşalı futbolçunun Kataloniya klubu ilə müqaviləsini yeniləyib-yeniləməyəcəyi haqda belə deyib:
“Hələ heç bir qərar yoxdur. Biz gözləməliyik və bundan sonra nə olacağını görməliyik”.
Bundan əvvəl mətbuatda “Barselona”nın forvarda yeni müqavilə təklif etmək fikrində olmadığı barədə məlumatlar yayılıb.
Levandovskinin hazırkı müqaviləsinin müddəti gələn ilin yayında başa çatır. O, bu mövsüm La Liqada 7 matçda meydana çıxıb və 4 qol vurub.