"Barselona”dan ayrılır? – Qardaşından son açıqlama

14 Sentyabr 2020 17:38 İspaniya 770
"Barselona”dan ayrılır? – Qardaşından son açıqlama

“Barselona”dakı gələcəyi müzakirə edilən Samuel Umtitinin qardaşı və meneceri Yannik Umtiti məsələylə bağlı açıqlama verib.

Sportinfo.az xəbər verir ki, o, adı “Lion”la yanaşı çəkilən Samuelin Kataloniya klubundan ayrılmaq istəmədiyini bildirib:

“Samuel bu yay “Barselona”dan ayrılmaq istəmir, amma klubun dəyişiklik etmək arzusunu nəzərə alsaq, Umtitiyə uyğun alternativlər tapmaq lazım ola bilər.

Təəssüf ki, “Lion”la bağlı söhbətlərin gerçəkləşmə ehtimalı çox aşağıdır”.

Digər Xəbərlər
Xəbər Lenti
16 Aprel 18:10 Çək və bizə göndər!
16 Aprel 11:20 "Qarabağ" səssiz qaldı