“Zirə”nin qələbə yürüşündə 4-cü “fəth” - FOTOREPORTAJ

28 Avqust 2023 02:30 Zirə 1 313
“Zirə”nin qələbə yürüşündə 4-cü “fəth” - FOTOREPORTAJ

Azərbaycan Premyer Liqasında IV turun oyunları başa çatıb.

Sportinfo.az xəbər verir ki, ilk üç turda maksimum nəticə göstərən “Zirə” ötən mövsümün gümüş mükafatçısı “Sabah”ı qəbul edib.

Artıq 2-ci dəqiqədə hesab açılıb. Ukraynalı hücumçu Vladislav Kulaç meydan sahiblərini önə keçirib. 67-ci dəqiqədə isə qonaqlardan Amin Seydiyev qırmızı vərəqə alaraq meydandan qovulub.

Qarşılaşmada başqa qol olmayıb və "qartallar" ardıcıl 4-cü qələbə ilə liderliyini davam etdirir. Bir oyun az keçirən "Sabah" isə 4 xalla beşinci sıradadır.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 Yanvar 16:10 Çək və bizə göndər!
17 Yanvar 08:50 "Qarabağ"ın 3:1 FOTOLARı
17 Yanvar 02:30 Yoxladılar - 1:0