“Zirə”nin hücumçusu Abdul Aziz Batibienin qara günləri geridə qalıb.
Toqolu hücumçu zədəsini sağaldaraq sıraya qayıdıb.
Əslində, aprel ayında meydana çıxmağa hazır idi. Sadəcə klub onu Peşəkar Futbol Liqasından qeydiyyatdan keçirmədiyi üçün rəsmi matçlarda iştirak edə bilmirdi.
Bu, o deməkdir ki, sürəti və qüvvətli zərbələri ilə seçilən 19 yaşlı futbolçu yay təlim-məşq toplanışının ilk günündən etibarən Rəşad Sadıqovun sərəncamında olacaq.
Onun qayıdışı ilə hücum xəttində Davit Volkovla aralarında rəqabət yaranacaq.
Maraq üçün bildirək ki, “qartallar”ın 4 illik müqavilə bağladığı Batibie ötən ilin avqust ayında “Şamaxı” ilə yoxlama görüşündə sıradan çıxmışdı. O vaxtdan bu günə qədər rəsmi oyunlarda şans qazanmayıb.
HƏBİB / SPORTİNFO.AZ

