UEFA-nın «Turan Tovuz»u avrokuboklardan uzaqlaşdırmasından sonra Konfrans Liqasında iştirak şansı əldə edən «Zirə» transfer çalışmalarını sürətləndirib. Qəsəbə təmsilçisi bu yöndə ilk addımını atıb.
Rəşad Sadıqovun çalışdırdığı «qartallar» Amin Seydiyevi sıralarına qatıb.
Son 6 ili «Sabah»ın düşərgəsində keçirmiş müdafiəçi ilə bağlanmış müqavilənin müddəti 1+1 ildir.
Millinin sabiq üzvü son günlərə kimi «Neftçi» ilə danışıqlar aparırdı. Hamı gözləyirdi ki, o, «ağ-qaralar»ın təklifini qəbul edəcək.
Görünür, Yuri Vernidubun ona kifayət ədər şans verməyəcəyini düşündüyü üçün «Zirə»nin çağırışına üstünlük verib. Hər halda bu, Amin üçün çox vacibdir.
Ona görə ki, son mövsümü demək olar boşa verib. Valdas Dambrauskas arxa xətt oyunçusuna nadir hallarda güvənib.
Vaxtının çoxunu ehtiyat skamyada keçirən müdafiəçi artıq burada qalmaqda məna görmədiyindən, müqaviləsini yeniləməyib.
SPORTİNFO.AZ

