Mövsümü beşinci yerdə tamamlayan “Zirə” avrokuboklara gedən qatardan son anda düşürüldü.
Bəli, məhz düşürüldü.
Ölkə kubokunun finalında 1:0 öndə olduğu oyunu “Sabah”a uduzmasaydı, indi Rəşad Sadıqovun komandası Avroliqa matçlarını gözləyrdi. Çempionatda isə “Zirə”nin stabilliyi, ilk turlardan əldə etdiyi mövqeyini saxlamağa gücü çatmadı.
“Qartallar” mövsümdə ilk məğlubiyyəti 8-ci turda gələcək çempion “
Dekabrda, Premier Liqa tıətilə cıxanda üçüncü yerdə olan “Zirə”lilər “Qarabağ”dan 8, “Sabah”dan 9 xal geri qalırdı. Arxadan isə dabanqırma “Turan Tovuz”, “Sumqayıt” və “Araz Naxçıvan” gəlirdi.
Bunlar bir tərəfə, əgər 8 xal geridə qalan “Neftçi” mövsümün sonunda gəlib Avropaya vəsiqə qazandısa, bu, artıq “Zirə”lilərin öz səhvidir.
Səkkiz xal az fərq deyil. Özü də heyətində 15 legioner oyunçu ola-ola...
“Zirə” avrokubok yarışında əsas izləyicilərindən həm “Neftçi”, həm də “Turan Tovuz”u 3 çempionat matçının hec birində məğlub edə bilmədi.
Aprelin 7-dən mayın 8-dək olan dövrdə 6 oyundan 5-ni heç-heçəı ilə bitirmək isə onların medal qazanmaq arzularını bitirdi.
Ümumiyyətlə, heç-heçə “Zirə”nin “xəstəliy”idir. Mövsümboyu hamıdan çox - 14 heç-heçə var “qartallar”ın hesabında. İlk “altılıq”da ən az qol vuran da “Zirə”dir.
Komandanın ən çox qol vuran futbolçusu isə hücumçu və yarımmüdafiəçilər yox, müdafiəçi Ruan Renatodur. O da bombardirlər siyahısında 13-cü yerdədir.
“Zirə” bu mövsümə nöqtə qoyub, Avropa arzularını “dəfn” etsə də, qəfildən onıarn bəxtinə gün doğub.
Əgər İdman Arbitraj Məhkəmsi (CAS) UEFAnın “Turan Tovuz”la bağlı avrokubok qadağasını qüvvədə saxlasa, o halda, turnir cədvəlinə uyğun olaraq Konfrans Liqasında Rəşad Sadıqovun komandası iştirak edəcək.
Amma qəfil verilən qərarla “Zirə” Konfrans Liqasına çətin ki, hazır olsun. Heyətdən gedənlər var, hazılıq planı tam fərqli düşünülmüşdü.
Belə avrokuok matçı oynamaqdansa, “Zirə” üçün Avstriya və ya Türkiyədə 2 yoxlama matçı keçirmək daha faydalı olardı.
Tovuzluların Avropadan kənarda qalmasında isə “Zirə” nə səbəbkardır, nə günahkar. Yeddi il əvvəl məsuliyyətsizliyi kimlər edib, qoy, onların vicdanı sızıldasın.
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

