“Zirə” istəyinə çatdı, onunla dil tapdı

21:20 Zirə 226
“Zirə” istəyinə çatdı, onunla dil tapdı

Mövsümü 5-ci pillədə başa vuran “Zirə” müqaviləsi başa çatan bəzi futbolçularla yeni anlaşma imzalamaqda maraqlıdır.

Onlardan biri, bəlkə də birincisi Eren Aydındır.

"Qartallar”ın 23 yaşlı yarımmüdafiəçi ilə həftələrdir apardığı danışıqlar müsbət sonluğa çatıb.

Eren Türkiyənin I Liqasından, həmçinin Niderland Eredeviziyasının təmsilçilərindən təkliflər alsa da, karyerasını “Zirə”də davam etdirməyə qərar verib.

Bu işdə ona agenti kömək edib. Meneceri bildirib ki, “Zirə”də top qovmağı gələcəyi üçün faydalıdır. Hətta bu yöndə öna Salifu Suma ilə Rafael Utziqin xarici klubların diqqətini çəkməsi faktını göstərib.

Türkiyəli futbolçu xoş gələcək perspektivini bu gün daha çox pul qazanmaqdan üstün tutub.

Yaxın günlərdə klubla futbolçu arasında uzun müddətli müqavilənin bağlanması nəzərdə tutulub.

Eren Aydın “qartallar”ın heyətində 15 oyunun iştirakçısı olmaqla 4 qol vurub, 1 məhsuldar ötürmə verib.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti