Premyer Liqanı 5-ci pillədə başa vuran “Zirə” mövsüm bitər-bitməz 5 futbolçuyla yollarını ayırdı.
Ceyhun Nuriyev, Stefan Aka, Eldar Quliyev, Leroy Mikels və Rüfət Abdullazadə növbəti mövsümdə “qartallar”ın formasını geyinməyəcək.
Klubla müqaviləsinin müddəti başa çatan bir neçə futbolçu da var ki, onlarla bağlı rəsmi məlumat açıqlanmayıb.
Baş məşqçi Rəşad Sadıqov sözləşməsinin vaxtı başa çatan daha iki futbolçu ilə bağlı qərarını verib.
Bunlar qapıçı Aydın Bayramovla müdafiəçi Elçin Əlicanovdur.
Hər iki futbolçu karyerasını “Zirə”də davam etdirəcək.
Yaxın günlərdə onlarla 1 illik yeni anlaşma əldə olunacaq.
HƏBİB / SPORTİNFO.AZ

