Qəsəbə təmsilçisi onunla yeni sözləşmə imzalamamağa qərar verdi

14:25 Zirə 283
Qəsəbə təmsilçisi onunla yeni sözləşmə imzalamamağa qərar verdi

“Zirə” portuqaliyalı qapıçısı Tiaqo Silva ilə yollarını ayırıb.

Sportinfo.az xəbər verir ki, bu barədə qəsəbə təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Klub rəhbərliyi müqavilə müddəti başa çatan 26 yaşlı qolkiperlə yeni sözləşmə imzalamamağa qərar verib. “Zirə” portuqaliyalı qapıçıya göstərdiyi xidmətlərə görə təşəkkür edib və gələcək karyerasında uğurlar arzulayıb.

T. Silva 2023-cü ilin yayından bəri “Zirə”nin şərəfini qoruyurdu.

O, komandanın əsas heyət üzvlərindən biri olub. Daha əvvəl isə təcrübəli qapıçı ölkəsinin “Vitoriya Gimaraeş”, “Leyşoeş” və “Trofense” klublarında çıxış edib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
6 İyun 16:40 Öz uşaqlarımız...