Rəşad Sadıqov millinin yarımmüdafiəçisi ilə bağlı nə göstəriş verdi?

21:20 Zirə 358
Rəşad Sadıqov millinin yarımmüdafiəçisi ilə bağlı nə göstəriş verdi?

“Zirə”ni heyətini Azərbaycan millisinin üzvü ilə gücləndirə bilər.

Baş məşqçi Rəşad Sadıqov Mustafa Əhmədzadənin xidmətində maraqlıdır.

“Araz-Naxçıvan”ın yarımmüdafiəçisi iaamlı oyunu ilə 43 yaşlı çalışdırıcının diqqətini çəkməyi bacarıb.

Mustafanın özü də Sadıqovun rəhbərliyi altında oynamaq, avrokuboklarda çıxış etmək həvəsindədir.

İşin əmması budur ki, 22 yaşlı dayaq yarımmüdafiəçinin “Araz-Naxçıvan”la müqaviləsinin müddəti 2027-ci ilin iyun ayına qədər qüvvədədir.

Yəni izdivacda əsas söz sahibi Naxçıvan təmsilçisidir. Mustafa “Zirə”nin şərəfini qorumaq istəyirsə, “Araz-Naxçıvan”la danışıb azad agent statusuna sahib olmalıdır.

O, ötən mövsüm Premyer Liqada 26 qarşılaşmada 2 qol ötürməsi ilə yadda qalıb. Azərbaycan kubokunda isə 1 görüşdə şans qazanıb.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti