Miliyyə şərtlərində güzəştə getmədi, vəziyyət 180 dərəcə dəyişdi

11:40 Zirə 262
Miliyyə şərtlərində güzəştə getmədi, vəziyyət 180 dərəcə dəyişdi

Dünən “Zirə”də gözlənilməz ayrılıq rəsmiləşib. Tiaqo Silva buradan gedib.

Klub rəhbərliyi müqavilə müddəti başa çatan 26 yaşlı qolkiperlə yeni sözləşmə imzalamamağa qərar verib.

Portuqaliyalı 2023-cü ilin yayından bəri “Zirə”nin şərəfini qoruyurdu. O, komandanın əsas heyət üzvlərindən biri olub.

Daha əvvəl ölkəsində “Vitoriya Gimaraeş”, “Leyşoeş” və “Trofense”də çıxış etmiş kiperin gedişinə səbəb maliyyə şərtləridir. “

Qartallar“ onunla müqaviləni daha 2 il uzatmağa hazır olsa da, Silva maaşının xeyli artırılmasını istəyib.

İddia edib ki, son həftələrdə bir neçə sərfəli təklif alıb və böyük pul qazanmaq şansını dəyərləndirməyə hazırlaşır. “Qartallar“ qapıçını çox dilə tutub, di gəl, o, yumşalmayıb.

Portuqalın ayrılması ilə “Zirə“nin düşərgəsini boşaldanların sayı 6-ya çatıb. Ondan qabaq Ceyhun Nuriyev, Stefan Aka, Eldar Quliyev, Leroy Mikels və Rüfət Abdullazadə qəsəbə təmsilçisindən gedib.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
7 İyun 16:55 Onlara viza verilmədi