Altı ildən sonra klubunu dəyişdi, qazancı nə oldu?

14:40 Zirə 440
Altı ildən sonra klubunu dəyişdi, qazancı nə oldu?

Yay fasiləsində “yarpaq tökümü”nə məruz qalan “Zirə”də 7 ayrılıq rəsmiləşib.

Stefan Aka, Leroy Mikels, Ceyhun Nuriyev, Eldar Quliyev, Tyaqo Silva, Anatoli Nuriyevlə başa çatan müqavilələr yenilənməyib, Rüfət Abdullazadənin icarə sözləşməsi başa çatıb.

İndi isə bütün diqqətlər heyətin gücləndirilməsinə yönəlib. “Qartallar”ın ilk transferi Amin Seydiyev olub.

“Sabah”dan ayrılan cinah müdafiəçisi ilə 2 illik müqavilə imzalanıb.

“Qəbələ”nin yetirməsi kimi tanınan, Premyer Liqada ilk addımlarını bölgə təmsilçisində atan Seydiyev 2020-ci ildən “Sabah”ın şərəfini qoruyurdu.

O, keçmiş klubunda Azərbaycan çempionu adını qazanıb, 2 dəfə ölkə kubokunun qalibi olub.

27 yaşlı arxa xətt oyunçusu qəsəbə təmsilçisindən normal məvacib alacaq.

Zirəlilər ona 10 min manat civarında əməkhaqqı ödəyəcək. Bu isə Aminin “Sabah”da qazandığı pulla eynidir hardasa.

SPORTİNFO.AZ

Amin Seydiyevin yeni klubu

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti