Elə sevindi ki, “narkotik qəbul edib” dedilər - FOTO

16 İyul 11:06 İspaniya 239
Elə sevindi ki, “narkotik qəbul edib” dedilər - FOTO

“Kadis” Sequndanın yekunlaşmasına iki tur qalmış Primeraya vəsiqəni təmin edib.

Sportinfo.az xəbər verir ki, komanda 2005/2006 mövsümündən sonra ilk dəfə elitaya yüksəlib.

Elitaya vəsiqə rəsmiləşdikdən sonra komanda üzvləri şəhər yürüşünə çıxıblar.

“Kadis”in hücumçusu Nano Mesanın klub telekanalına verdiyi müsahibə isə böyük söz-söhbətə səbəb olub. Sevincini çılğın şəkildə büruzə verən hücumçu, müsahibə zamanı aparıcını qucaqlayıb, burnunu ovuşdurub, gözləri də parıldayıb.

Müsahibədən sonra sosial şəbəkələrdə azarkeşlər Nanonun kokain qəbul etdiyini yazıblar. Bu ittihamdan sonra futbolçu sosial şəbəkədə açıqlama yayıb: “Sizin gördükləriniz hamısı inanılmaz uğurdan sonra yaranan eyforiya idi.

Bu sevinc əldə etdiyimiz nəticəyə görə yaranmışdı. O nəticə üçün biz yorulmadan çalışmışdıq. Uzun müddətdən sonra biz qayıtmışıq və bunun dəyərini də yaxşı bilirik”.

Müqavilə ilə “Eybar”a məxsus olan Nano “Kadis”də icarə əsasında çıxış edir. Amma komanda elitaya yüksəldikdən sonra klub onun müqavilə hüququnu 1,4 milyon avroya alıb. O, meydana çıxdığı 27 oyunda 4 qol vurub, 5 qol ötürməsi edib.

Xəbər Lenti
8 Avqust 17:10 "Lənətlənmişik"
8 Avqust 13:12 Qazanan yalnız onlardır