“Onu transfer etmək istəməsi təəccüblü deyil, millinin oyunçusudur”

10:40 İspaniya 786
“Onu transfer etmək istəməsi təəccüblü deyil, millinin oyunçusudur”

“Barselona”nın futbolçusu Rafinya İspaniya millisinin və “Atletik”in vingeri Niko Uilyamsın Kataloniya klubuna mümkün transferi barədə fikirlərini bölüşüb.

Sportinfo.az “Globo”-ya istinadən xəbər verir ki, braziliyalı futbolçu, Uilyamsın yüksək səviyyəli oyunçu olduğunu bildirib:

“Uilyams yüksək səviyyəli oyunçudur. Klubun onu transfer etmək istəməsi təəccüblü deyil.

O, artıq İspaniya millisinin üzvüdür. Klub üçün çalışan istənilən futbolçunu komandada məmnuniyyətlə qarşılayacağıq”.

Uilyams La Liqanın son mövsümündə 29 oyunda meydana çıxıb, 5 qol və eyni sayda məhsuldar ötürmə ilə yadda qalıb.

Digər Xəbərlər
Xəbər Lenti