3 gün sonra yeni klubunun adını açıqlayacaq - "Twitter" hesabında

1 İyun 09:42 İspaniya 137
3 gün sonra yeni klubunun adını açıqlayacaq -

"Atletiko"nun yarımmüdafiəçisi Saul Niqes komandadan ayrılmağa hazırlaşır.

Sportinfo.az xəbər verir ki, İspaniya millisinin üzvü "Twitter" hesabında 3 gün sonra yeni klubunun adını açıqlayacağını yazıb.

Britaniya mətbuatının iddiasına görə, 135 milyon funt-sterlinq satış maddəsi olan 25 yaşlı yarımmüdafiəçi "Mançester Yunayted" almağa çalışır. "Qırmızı şeytanlar" Saula həftəlik 200 min funt-sterlinq maaş ödəməyə hazırdır.

Madrid "Real"ının yetirməsi 14 yaşında "Atletiko"ya keçib. Onun "hindular"la müqaviləsi 2026-cı ilin iyunun 30-da başa çatacaq.

Xəbər Lenti
6 İyul 20:00 Rəşad "Zirə"li oldu
6 İyul 18:34 Azərbaycanda №1
6 İyul 12:30 Bravo-ya gəl və qazan!