İtaliyanın iki klubunun hədəfindədir - “Barselona”nın hücumçusu

9 Aprel 21:40 İspaniya 771
İtaliyanın iki klubunun hədəfindədir - “Barselona”nın hücumçusu

“Barselona”nın hücumçusu Robert Levandovski bu yay azad agent kimi komandadan ayrıla bilər.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, “Yuventus” və “Milan” polşalı forvardla maraqlanır.

İtaliyanın hər iki klubu vəziyyəti izləyir və Levandovski getmək qərarına gələrsə, danışıqlara başlamağa hazırdırlar.

Levandovskinin hələ ki, klubla müqaviləsinin müddətinin uzadılmamasına və maaşının azaldılmasına baxmayaraq, komandada qalmağa hazır olduğu barədə də şayiələr yayılıb.

35 yaşlı futbolçu 2022-ci ilin yayından etibarən Kataloniya klubunda çıxış edir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti