Şeydayevin baş məşqçisi cəzalandırılacaq - Xoşagəlməz ifadələr işlədib

25 Yanvar 07:50 Türkiyə 1 080
Şeydayevin baş məşqçisi cəzalandırılacaq -  Xoşagəlməz ifadələr işlədib

Ramil Şeydayevin “Kocaelispor”da baş məşqçisi olan Ərtuğrul Sağlam cəzalandırılacaq.

Sportinfo.az xəbər verir ki, buna təcrübəli mütəxəssisin TFF I Liqasının XIX turunda “Eyüpspor”la oyundan sonrakı davranışı səbəb olub.

54 yaşlı çalışdırıcı 2:1 hesabı ilə qalib gəldikləri qarşılaşmanın ardından mətbuat konfransında hakimlər briqadasının ünvanına xoşagəlməz ifadələr işlədib.

Bu səbəbdən Nizam-İntizam Komitəsinə cəlb edilən Ərtuğrul Sağlamı diskvalifikasiya gözləyir. Həmin görüşdə təhqiramiz ifadələr işlədən “Eyüpspor”un baş məşqçisi Arda Turan da cəza alacaq.

“Kocaelispor” yanvarın 28-də XX tur çərçivəsində “Altay”ın qonağı olacaq. Kocaeli təmsilçisinin səfər görüşünə baş məşqçisiz çıxacağı gözlənilir.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!