O, niyə “Barselona”nı yox, “Real”ı seçib?

16 Mart 2020 11:34 İspaniya 568
O, niyə “Barselona”nı yox, “Real”ı seçib?

“Real”ın hücumçusu Vinisius Junior açıqlama verib.

Sportinfo.az xəbər verir ki, “Barselona” və “Real”dan təklif alan 19 yaşlı futbolçu “kral klubu”nu seçməsinin səbəbini açıqlayıb:

“2017-ci ildə 17 yaşlı futbolçulardan ibarət komandaların Cənubi Amerika çempionatından sonra idi, mətbuatda həm “Real”ın, həm də “Barselona”nın mənimlə maraqlandıqları ilə bağlı söhbətlər vardı, amma bunlara inanmırdım.

Sonra hər iki klub təklif göndərdi və mənim seçim etmək üçün üç gün vaxtım vardı. Hər zaman ən yaxşı və böyük komandada oynamaq istəmişəm, buna görə də, “Real”ı seçdim.

Seçim zamanı ailə üzvlərim hər iki kluba getdilər və “Real”ı daha çox sevdilər. Bu klubun məqsədlərinin mənim üçün daha uyğun olduğunu hiss etdim. “Real” mənim kimi gənc futbolçulara daha çox şans verir”.

2018-ci ilin yayında “Real”a keçən futbolçu, cari mövsümdə iştirak etdiyi 28 oyunda 4 qol, 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Digər Xəbərlər
Xəbər Lenti