7 aylıq cəza alan oyunçu ilə yeni müqavilə - “Yuventus”dan

15 Noyabr 2023 01:40 İtaliya 1 150
7 aylıq cəza alan oyunçu ilə yeni müqavilə - “Yuventus”dan

“Yuventus” yarımmüdafiəçisi Nikolo Facoli ilə müqaviləsinin müddətini uzadıb.

Sportinfo.az xəbər verir ki, mərc oynadığı üçün ötən ay 7 ay müddətinə futboldan uzaqlaşdırılan 22 yaşlı oyunçu ilə 2028-ci ilin yayınadək sözləşmə imzalanıb.

Xatırladaq ki, daha əvvəl oyunçunun meneceri Nikolonun qumar asılılığından əziyyət çəkdiyini etiraf etmişdi.

Facoli 2021-ci ildən Turin təmsilçisinin əsas komandasında çıxış edir. O, 2022-ci ildən İtaliya yığmasında oynayır.

Digər Xəbərlər
Xəbər Lenti