Peres tərif yağdırdı: "O, göydən göndərilmiş nemətdir"

13 Yanvar 2020 18:45 İspaniya 723
Peres tərif yağdırdı: "O, göydən göndərilmiş nemətdir"

“Real”ın prezidenti Florentino Peres İspaniya Superkubokunun final qarşılaşmasından sonra fikirlərini bildirib.

Sportinfo.az xəbər verir ki, o, baş məşqçi Zinəddin Zidanın “kral klubu”na çox şey verdiyini deyib.

“Biz əla futbolçularımız olmadan - Azar, Beyl və Benzemasız oynadıq. Zidan komandanı toparlamağı və bu qəniməti qazanmağı bacardı. Hesab edirəm ki, müvəqqəti enişdən sonra düzgün yoldayıq. Zidanın Madridlə isti münasibətləri var. O, bir qədər istirahət etməyi düşündü və yenidən qayıtdı.

Bu dəfə daha yüksək enerji ilə döndü. Zidan bizə göydən göndərilmiş nemətdir”.

“Real” “Atletiko”ya penalti seriyasında qalib gələrək (0:0, 4:1) Superkuboka sahib çıxıb.

Digər Xəbərlər
Xəbər Lenti