"Məni Quti çağırmayın!"

8 Dekabr 2019 00:28 İspaniya 838
"Məni Quti çağırmayın!"

“Real” və “Beşiktaş”ın sabiq futbolçusu, hazırda “Almeriya”nın baş məşqçisi olan Quti sonuncu mətbuat konfransında verdiyi maraqlı açıqlama ilə gündəmə gəlib.

Sportinfo.az xəbər verir ki, dünya futbolunda daha çox Quti kimi tanınan mütəxəssis bundan sonra onu tam adı ilə çağrılmasını istəyib:

Bundan sonra mənə Quti deməyin, Xose Mariya Qutyeres kimi çağırmağınızı istəyərdim. Harada oluramsa məni “Quti, Quti” deyə çağırırlar. Mənim adım Quti yox, Xose Mariya Qutyeresdir, Quti yox. Yaxşı?”.

Noyabrın əvvəlində “Almeriya”ya baş məşqçi təyin edilən Quti 1994-2010-cu illərdə “Real”ın futbolçusu olub.

Digər Xəbərlər
Xəbər Lenti