"Barselona" yayda "Atletiko"dan transfer etdiyi Antuan Qrizmanı komandadan göndərə bilər.
Sportinfo.az xəbər verir ki, buna səbəb Qrizman və Lionel Messinin münasibətlərinin yaxşı olmamasıdır.
Üstəlik Messi PSJ-dən Neymarı almaq əvəzinə "Atletiko"dan Qrizmanın transfer edilməsini bəyənməyib. Əgər qarşıdakı aylarda Qrizman argentinalı münasibətlərini qaydasına salmasa, "Barselona" Neymarı qaytarmaq üçün PSJ ilə danışıqlara start verəcək.
Cari mövsüm Qrizman "Barselona" formasında 9 oyuna çıxıb və iki qol, 3 assistlə yadda qalıb.

