Belçika millisinin qapıçılar üzrə məşqçisi Ervin Lemmens “Real”ın qolkiperi Tibo Kurtua barədə danışıb.
Sportinfo.az xəbər verir ki, o, Kurtuanın fitə basılmasının düzgün olmadığını deyib. Lemmensin fikrincə, qapıçı “De Xea sindromu”ndan əziyyət çəkir:
“Onlar Kurtua ilə belə rəftar etməməlidirlər. Tibo xüsusi oğlandır. Bu, ona xas oyun deyil. Adətən, Belçika yığmasında o, möhtəşəm oynayır.
Ancaq “Real”da “De Xea sindromu”ndan əziyyət çəkir. “Santyaqo Bernabeu” fitə basarkən, bütün komandanın oyununu nəzər salmaq lazımdır, təkcə qapıçının yox. Kurtua əla qapıçıdır”.
Kurtua “Real”a 2018-ci ilin yayında “Çelsi”dən 35 milyon avroya keçib.

