"Real" və "Barsa"nı görmək üçün 30 milyon avro!

30 Sentyabr 2019 19:58 İspaniya 504
"Real" və "Barsa"nı görmək üçün 30 milyon avro!

Formatı dəyişmiş İspaniya Superkuboku Ərəbistan yarımmadasında keçirilə bilər. Sportinfo.az AS-a istinadən xəbər verir ki, bu yarışı təşkil etmək üçün Qətər və Səudiyyə Ərəbistanı mübarizə aparır. Onlar buna görə İspaniya Futbol Federasiyasına 30 milyon avro təklif edirlər.

Tərəflər arasında danışıqlarda vasitəçilik edən isə "Barselona"nın müdafiəçisi Jerar Pikedir. İspaniya tərəfi danışıqlar zamanı bir sıra şərtlər irəli sürüb. Bunlardan ən vacibi isə qadınların stadiona sərbəst şəkildə daxil ola bilməsidir.

İspaniya höküməti yarımadadakı qeyri-sabit siyasi vəziyyətə görə turnirin Səudiyyə Ərəbistanında keçirilməsinə müsbət yanaşmır.

Xatırladaq ki, İspaniya Superkuboku yanvarın 8-dən 12-ə kimi keçiriləcək. Yeni formata əsasən yarışda "Barselona", "Real", "Atletiko" və "Valensiya" mübarizə aparacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti