Fati İspaniya millisində!

30 Sentyabr 2019 13:12 İspaniya 459
Fati İspaniya millisində!

İspaniya yığmasının baş məşqçisi Roberto Moreno AÇ-2020-nin Norveç və İsveçlə qrup oyunları üçün 40 futbolçudan ibarət ilkin heyəti müəyyənləşdirib.

Sportinfo.az xəbər verir ki, 42 yaşlı mütəxəssis "Barselona"nın qvineya-bissaulu futbolçusu Ansuman Fatinin də adını siyahıya daxil edib.

Moreno oktyabrın 1-də Çempionlar Liqasının "Barselona" - "İnter" qarşılaşmasını məhz Fatiyə görə "Kamp Nou"dan izləyəcək. İspaniya pasportu alan Fatinin adı Braziliyada keçiriləcək U-17-lərin dünya çempionatı üçün yığmanın 50 nəfərlik ilkin heyətinə də daxil edilib.

Kataloniya klubunun yetirməsinin atası bugünlərdə İspaniya mətbuatına açıqlamasında oğlunun Portuqaliya millisində oynamaq istədiyini və onun da bunu arzuladığını demişdi.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti